понедельник, 16 марта 2015 г.

Yeni texnalogiyalar


Əlavələr

Aparılan son statistik hesablamalara görə, hazırda Azərbaycanda hər 100 nəfərə 48, paytaxtda isə 78 fərdi Kompüter düşür. Bakıda əhalinin 89,5 faizi internetdən istifadə edir, regionlarda isə bu göstərici 60 faizdən çoxdur.

Ümumilikdə, respublika üzrə internet istifadəçilərinin sayı 65 faizdir ki, bunun da 30 faizi genişzolaqlı internet istifadəçiləridir. Mobil telefon istifadəçilərinin sayında dəyişiklik qeydə alınmayıb - ilin əvvəlindəki göstərici ilə eyni səviyyədədir. Belə ki, hər 100 nəfərə düşən mobil telefonların sayı 110-dur.

Kompyuterin həyatımızda rolu

İnsanlar keçmiş zamanlarda bir biri ilə əlaqə saxlamaq üçün müxtəlif üsullardan istifadə etmişdilər: tüstü, göyərçinlər, çaparlar və s.  Zaman  vaxt keçdikçə bu əlaqələr daha da inkişaf etməyə başlamışdı. Poçtun, radionun , televizorun, telefonun vastəsilə əlaqələr genişlənməyə başladı.
 Kompyuterin ixtirası ilə bütün bu əlaqələri ozundə birləşdirərək daha da sadələşdirdi və cox uzaq məsafələri yaxınlaşdırdı. .Belə nəticəyə gəldim ki , müasir həyatimizda kompyuterin rolu böyükdur.
Mən kompyuterin böyüklüyünü bütün informasiyaların əldə olunmasında, dərsliklərin əvəz olunmasında, uzaq məsafələrdə olan dostlarımla gorüntülü əlaqələrin yaranmasında gördüm.Mənim informasiyanın ötürülməsi  haqqında  fikirlərim bunlardı. Əgər  siz də insanlar arasında əlaqə saxlamağın başqa üsullarının  olduğunu bilirsinizsə, xahiş edirəm öz  fikirlərinizi bildirəsiniz.

Kompyuter aləmi



Biz  İnformatika fənnini cox sevirik. Ona görə ki, bu dərsimizdə kompyuterlə işləyirik. Cətin olan informasiyaları kompyuterin vastəsi ilə araşdırıriq. Bizə maraqlıdı kompyuterlər niyə müxtəlifdi? Müəllimin koməyi ilə virtual olaraq kompyuter muzeyini izlədik.  Muxtəlif kompyuterlərin bir biri ilə oxşar və fərqli cəhətləri haqqinda araşdırma apardıq. Anladıq ki, onlarin müyyən müxtəliflikiləri olsa da, hamısında prassesor,  giriş-çıxış qurgusu və yaddaş qurguları var. 





Kompyuterləri araşdirarkən  müəyyənləşdirdik ki, kompyuterlədə muxtəlif işlər gormək olar.Bu gün kompyuter insan həyatı üçün çox vacibdir.Hal hazırda məktəblərdə , ofislərdə, bir çox iş yerlərində işin icra olunması üçün  kompyuterlərdən istifadə edilir. 
Məsələn mətnlərin kagiz uzərində cap olunması, şəkillərin surətinin alinması , dizaynlərın yaradılması kimi və başqa  işlər görülür.






Kompyuterin  bizim  və ailəmiz üçün böyük əhəmiyyəti var. Ailəmiz kompyuterdən alış -veriş etmək , qohumlarla əlaqə saxlamaq, müyyən məlumatlari toplamaq üçün  və s. istifadə edirlər.
Siz kompyuterlərdən necə və nə üçün istifadə edirsiz? Xahiş edirik bu haqda məlumat  yazın.

Fərdi kompyuterlər



Kompüter  informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompüter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur.
Fərdi kompyuterlər və onların müasir təsnifatı. Kompyuterin əsas qurğuları və onların qarşılıqlı əlaqələri.


Müasir hesablama maşınları yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranması hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu və kompüter şəbəkələrinin yaranmasına təkan verdi. Fərdi kompüterlərin yaranma tarixi 1974-1975-ci illər hesab olunur.1974-cü ildə iki amerikalı alim Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırmışlar.
İBM firması ilk fərdi kompüterini 1981-ci ildə yaratdı.(İBM PC) Hal-hazırda istifadə edilən kompüterlərin 80%-i İBM firması tərəfindən buraxılan kompüterlərdir.Firmanın ikinci fərdi kompüteri İBM PC/XT olmuşdur.XT-genişləndirilmiş texnologiya deməkdir.Bu kompüterlər 10 mbaytlıq sərt diskə malik olmuşdur.Sonra isə İBM PC/AT tipli kompüter istehsal edilmişdir.AT-təkmilləşdirilmiş texnologiya deməkdir.1987-ci ildə fərdi kompüterlərin PS/2 tipli növbəti nəsilləri meydana gəlir.Bütün bu kompüterlərdə “İntel”firmasının prosessorlarından istifadə edilmişdir.
Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBM və Apple məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat sistemləri köklü surətdə bir-birlərindən fərqlənir.