Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompüter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
Kompüter
sistemi — müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya
qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur.
Fərdi kompyuterlər və onların müasir təsnifatı. Kompyuterin əsas
qurğuları və onların qarşılıqlı əlaqələri.
Müasir hesablama maşınları yalnız xarici ölçülərinə görə deyil, eyni
zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi
kompüterlərin yaranması hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu
və kompüter şəbəkələrinin yaranmasına təkan verdi. Fərdi kompüterlərin yaranma
tarixi 1974-1975-ci illər hesab olunur.1974-cü ildə iki amerikalı alim Stefan
Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırmışlar.
İBM firması ilk fərdi kompüterini 1981-ci ildə yaratdı.(İBM PC) Hal-hazırda istifadə edilən kompüterlərin 80%-i İBM firması tərəfindən buraxılan kompüterlərdir.Firmanın ikinci fərdi kompüteri İBM PC/XT olmuşdur.XT-genişləndirilmiş texnologiya deməkdir.Bu kompüterlər 10 mbaytlıq sərt diskə malik olmuşdur.Sonra isə İBM PC/AT tipli kompüter istehsal edilmişdir.AT-təkmilləşdirilmiş texnologiya deməkdir.1987-ci ildə fərdi kompüterlərin PS/2 tipli növbəti nəsilləri meydana gəlir.Bütün bu kompüterlərdə “İntel”firmasının prosessorlarından istifadə edilmişdir.
Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBM və Apple məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat sistemləri köklü surətdə bir-birlərindən fərqlənir.

Комментариев нет:
Отправить комментарий